Ağstafada itkin düşən ruhi xəstə Bakıda tapıldı

17 Oktyabr 2019 21:03 (UTC+04:00)

Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.

Hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.

Qadın hazırda ev şəraitində müalicə olunur.(trend.az)

AzNews.az