“Netflix”in ən məşhur serialı açıqlandı

17 Oktyabr 2019 21:15 (UTC+04:00)

“Netflix”in ən populyar serialları açıqlanıb.

Lenta.ru xəbər verir ki, layihənin bütün tarixi boyu ən çox izlənilən serial “Çox qəribə işlər” olub. Layihə ekrana çıxandan 4 həftə ərzində 64 milyon istifadəçi ona baxıb. Daha sonra ən məşhur şoular “İnanılmaz” və “Kağız ev” seçilib.

Ən çox baxılan komediya filmləri isə “Uzundraz”, “Gizli bağlılıq” trilleri və “Qohumluq” olub.(qafqazinfo.az)

AzNews.az