“Barış pınarı”: Suriyada 702 terrorçu zərərsizləşdirildi

17 Oktyabr 2019 21:53 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 700-dən çox terrorçusu zərərsizləşdirilib.

"Anadolu" agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd edilir ki, oktyabrın 9-da Fərat çayından şərqdə keçirilən "Barış pınarı" əməliyyatında təmizlənən PKK/YPG terrorçularının sayı 702 nəfərə çatıb.(report.az)

AzNews.az