Bakıda gənc oğlan bıçaqlandı

18 Oktyabr 2019 00:00 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi olub.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yaralı boynundan bıçaqlanıb və əməliyyat edilib.(report.az)

AzNews.az