İlham Əliyev tarzən Fikrət Verdiyevə mənzil verdi

18 Oktyabr 2019 09:25 (UTC+04:00)

Bu gün hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib.

Bu barədə Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva "Facebook" səhifəsində yazıb.

"Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!!!", - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib. (APA)

AzNews.az