II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlandı

18 Oktyabr 2019 09:34 (UTC+04:00)

Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları müəyyənləşib.

Onların adları Qətərin paytaxtı Dohada təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında açıqlanıb.

Qitə miqyaslı multiidman yarışının ən yaxşı qadın idmançısı adına 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan rusiyalı gimnast Dina Averina layiq görülüb. Ən yaxşı kişi idmançısı mükafatı isə Minsk-2019-un ikiqat qalibi və üçüncüsü olan italiyalı oxatan Mauro Nespoliyə verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-28-də keçirilib. (APA)

AzNews.az