Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik - "Ölkəmizə sülh arzulayıram"

18 Oktyabr 2019 09:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezident bu barədə özünün “Instagram” səhifəsində yazıb:

"Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram".

AzNews.az