Azərbaycanda 15 yaşlı məktəbli qız itkin düşdü

18 Oktyabr 2019 09:46 (UTC+04:00)

Qax rayonunda məktəbli qız itkin düşüb.

Hadisə rayonun A.Məmmədov küçəsi, ev 10-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü İsmayılzadə Elmira Samir qızı oktyabrın 10-da səhər saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az