Malayziyanın Baş naziri Azərbaycana gələcək

18 Oktyabr 2019 11:07 (UTC+04:00)

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək.

Bu barədə Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.

Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq. (Report)

AzNews.az