Əbülfəs Qarayev Ucar rayonuna gedir - vətəndaşlarla görüşəcək

18 Oktyabr 2019 10:48 (UTC+04:00)

​Mədəniyyət naziri Əbülfəs Qarayev bölgələrə səfər edəcək.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, nazir Ucar və Zərdab rayonunda vətəndaşlarla görüşəcək.

Sözügedən görüş oktyabr ayının 25-də saat 11:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) baş tutacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az