Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutuldu

18 Oktyabr 2019 12:38 (UTC+04:00)

Bakıda oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 13.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az