Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı

18 Oktyabr 2019 13:29 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Məlumatı Ermənistan mətbuatı yayıb.

İclasda çıxışı zamanı Paşinyan regionda ağır proseslərin getdiyini və bu məsələlərin müzakirə edilməsi gərəkdiyini bildirib.

O, Təhlükəsizlik Şurasının Qarabağ məsələsini də müzakirə edəcəyini deyib. (Axar.az)

AzNews.az