Əfqanıstanda məsciddə partlayış - 17 nəfər öldü

18 Oktyabr 2019 15:27 (UTC+04:00)

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

Bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. (APA)

AzNews.az