Ərdoğan “Barış bulağı” hərəkatında itkiləri açıqladı

18 Oktyabr 2019 16:11 (UTC+04:00)

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb.

NTV telekanalına istinadən verilən xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 74 üzvü həyatını itirib. (APA)

AzNews.az