Gələn il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait ayrılacaq.
Bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.
Bu il dövlət büdcəsində müdafiə xərcləri 3 milyard 187 milyon 600 min manat nəzərdə tutulub.
AzNews.az