Təyyarə maşınla toqquşdu - Pilot öldü

18 Oktyabr 2019 20:49 (UTC+04:00)

ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub.

Qəza nəticəsində pilot yerindəcə ölüb.

"Pikap" avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun həyatına təhlükə olmadığı deyilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az