Sürücü vurduğu piyadanı xəstəxanaya apardı, amma...

18 Oktyabr 2019 22:42 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

Hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova Esminaz Xudayar qızı yolu keçərkən onu “Opel” markalı avtomobil vurub.

Hadisəni törədən sürücü vurduğu piyadanı xəstəxanaya apararkən, yaralı yolda dünyasını dəyişib.

AzNews.az