Daha bir ölkədə odlu silah almaq qadağan ediləcək

18 Oktyabr 2019 22:55 (UTC+04:00)

Argentina hökuməti mülki şəxslərə odlu silah almağı qadağan edəcək.

Bu barədə Argentina Respublikasının Prezidenti Maurisio Makri bəyan edib.

“Biz odlu silahları tamamilə qadağan edəcəyik. Bu gün qanun sizə güllə keçirməyən gödəkçələri və zirehli qapıları dəlib keçəcək silahlar almağa imkan verir. Bu yalnız mafiya və cinayətkarlara fayda gətirir” deyə, prezident əlavə edib.

Prezidentin sözlərinə görə, mülki şəxslərə odlu silah almaq və ya gətirmək, silahı saxlamaq, üstündə gəzdirmək, habelə istehsal etmək qadağan ediləcək.(report.az)

AzNews.az