39 şagirdin olduğu sinfi ildırım vurdu

18 Oktyabr 2019 23:46 (UTC+04:00)

Tanzaniyada məktəbdə ən azı 39 uşağı ildırım vurub.

Bu barədə "Mwananchi" qəzeti bildirib.

Məlumata əsasən, hadisə bu gün səhər Qeyta dairəsində baş verib. İbtidai məktəbin dördüncü sinif şagirdləri binaya ildırım vuranda sinif otağında olmuşlar. Yerli həkimlərin nümayəndəsi Josefat Simeo, yaralı uşaqların xəstəxanalara aparıldığını söyləyib.

Hazırda 36 şagird müalicə alaraq xəstəxanadan evə buraxılıb.(trend.az)

AzNews.az