Azərbaycanlı Ukrayna Baş prokurorunun müavini oldu

18 Oktyabr 2019 23:33 (UTC+04:00)

Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışan Gündüz Məmmədovu baş prokurorun müavini vəzifəsinə təyin edib.

Bu haqda məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov AzNews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ryaboshapka müvafiq əmri oktyabrın 18-də imzalayıb.

Xatırladaq ki, Məmmədov hüquq elmləri namizədidir. O, 1996-cı ildən etibarən Odessanın Primorsky rayon prokurorluğunda prokuror köməkçisindən prokurorun birinci müavini vəzifəsinədək yüksəlib.

2012-2013-cü illərdə Kiyev vilayət prokurorluğunun aparatında, sonra altı ay Dnepr ekoloji prokurorluğunun istintaq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2014-cü ilin iyul ayında Odessa prokuroru, 2015-ci ilin dekabrında isə Odessa vilayətinin prokuror müavini təyin edilib.

AzNews.az