Rusiyada bənd uçdu - 12 nəfər öldü

19 Oktyabr 2019 09:40 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.(apa.az)

AzNews.az