Ərdoğan Trampla telefon danışığının təfərrüatını açıqladı

19 Oktyabr 2019 09:58 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə baş tutan telefon danışığının bəzi təfərrüatını açıqlayıb.

Bu barədə Ərdoğan öz “Twitter” səhifəsində yazıb.

Türkiyə lideri, ABŞ vitse-prezidenti Maykl Pens arasında son danışıqlar zamanı Suriyanın şimalında təhlükəsizlik zonanın yaradılması ilə bağlı əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Ərdoğan həmçinin ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün danışıqların aparılmasının vacibliyinə diqqət çəkib.(report.az)

AzNews.az