Oğurluğa gedən azyaşlı polisə yaxalandı

19 Oktyabr 2019 13:28 (UTC+04:00)

Abşeronda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oktyabrın 18-də Mehdiabad qəsəbəsi ərazisində qorunan mənzillərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin ünvana gəlib, evdən oğurluğa cəhd göstərən qəsəbə sakini olan azyaşlı saxlanılaraq Mehdiabad Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az