Dəhşətli yanğında ölənlərin sayı 7 nəfərə çatdı

19 Oktyabr 2019 15:33 (UTC+04:00)

Rusiyanın Yaroslav vilayətində yanmış binanın dağıntıları arasından daha bir nəfərin meyiti çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, FHN əməkdaşları 50 yaşlı kişinin cəsədini dağılmış kərpiclərin arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da yanğında ölənlərin sayı 5-i uşaq olmaqla 7 nəfərə çatıb.

Qeyd edək ki, oktybarın 10-da binanın 2-ci mərtəbəsinin taxta bərkitmələrində çıxan yanğın dağıntılara səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.(qafqazinfo.az)

AzNews.az