Türkiyədə ağır qəza - İki ukraynalı öldü

19 Oktyabr 2019 16:09 (UTC+04:00)

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, qəza Mersin əyalətinin Silifke rayonunda qeydə alınıb.

Akkuyu Atom Elektron Stansiyasında (AES) çalışan rus və ukraynalıları daşıyan avtobus yük maşını ilə toqquşub.

Qəza nəticəsində 2 Ukrayna vətəndaşı ölüb, 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.(apa.az)

AzNews.az