Krasnoyarskda matəm elan olunacaq

19 Oktyabr 2019 16:27 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss oktyabrın 21-ni matəm günü elan edib.

“RİA Novosti” xəbər verir ki, buna səbəb Kuraqinsk rayonunda bəndin uçması nəticəsində 15 nəfərin ölməsidir.

13 nəfərin isə taleyindən xəbər yoxdur.

Hazırda itkin düşənlərin axtarışlarına 300 xilasedici, 6 Mi-8 vertolyotu cəlb olunub.(qafqazinfo.az)

AzNews.az