Məşhur yazar Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirildi

19 Oktyabr 2019 19:11 (UTC+04:00)

19 oktyabrda Bakıda Avropa Azərbaycan Məktəbinin Badamdar filialında məşhur motivasiyaçı Hakan Mengüçün "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlı seminarı keçirilib.

Maraqlı fəlsəfi düşüncələri ilə insanlara təsir etməyi bacaran Hakan Mengüç Türkiyədə və Azərbaycanda populyarlıq qazanıb.

O, kamillik fəlsəfəsindən süzülüb gələn, insanın bu dünyaya baxışını dəyişdirən qiymətli sözlərini möhtəşəm ney ifası ilə ahəstə-ahəstə bəzəyir. O, inandırır, xatırladır, ümidləndirir.

Milyonlarla insanın ruhunu qidalandıran məşhur yazar və ney ustadı Hakan Mengüçün seminarı iki saat davam edib.

Seminar bitdikdən sonra saat 17:00-da “LIBRAFF”ın Park Akademiya filialında Hakan Mengüçün imza günü keçirilib. Oxucular müəllifin kitablarını imzaladıb və xatirə fotosu çəkdirə biliblər.

KİV nümayəndələrinin də qatıldığı tədbir "LIBRAFF" mağazalar şəbəkəsinin baş sponsorluğu ilə reallaşıb.

Məlumat üçün bildirək ki, hazırda "LIBRAFF" mağazalar şəbəkəsinin 8-i Bakıda, biri isə Gəncədə olmaqla 9 filialı fəaliyyət göstərir.

“LIBRAFF” kitab, oyuncaq, dəftərxana, elektronika və aksesuarlar, hobbi və hədiyyələr, multimedia bölümləri ilə xidmətinizdədir.

AzNews.az