Bərdədə avtomobil yolu keçmək istəyən qadını vurdu

19 Oktyabr 2019 19:48 (UTC+04:00)

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gərənə kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını vurub.

Xəsarət alan Ş.Hüseynova Təcili Tibbi Yardım briqadasının koməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az