Gəncədə inək qadının sol gözünü çıxardı

19 Oktyabr 2019 20:05 (UTC+04:00)

Gəncə şəhərinin Ə.Cavad küçəsi ev 68 ünvanında inək qadının gözünü çıxarıb.

1978-ci il təvəllüdlü Anarə Hüseynova inək sağarkən heyvan qadını vurub.

Nəticədə gözündən ağır zərbə alan qadın yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının sol gözü amputasiya edilib.

AzNews.az