Rusiyada kriminal avtoritet tutuldu – Xüsusi əməliyyat

19 Oktyabr 2019 22:24 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk diyarında Xüsusi təyinatlı qüvvələrin döyüşçüləri və polis əməkdaşları bir evə hücum edərək kriminal avtoriteti ələ keçirib.

AzNews.az xəbər verir ki, bu barədə DİN-in region üzrə İdarəsinin saytı məlumat yayıb.

Əməliyyat çərçivəsində 1965-ci il təvəllüdlü kişi həbs edilib.

Qeyd olunur ki, saxlanılan şəxs kriminal aləmdə "Kostya Kanski" adlandırılır.

Babək Göyüş

AzNews.az