Berlində futbol azarkeşlərinin getdiyi qatar yandı - zərərçəkənlər var

19 Oktyabr 2019 23:30 (UTC+04:00)

Berlində şəhər elektrik qatarı yanıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Berliner Morgenpost nəşri yayıb.

Mənbə bildirir ki, alışma zamanı xəsarət alanlar olub.

Yanğın Berlinin mərkəzində sürətli dəmir yolunun "Belvyu" stansiyasında baş verib.

Qeyd edilir ki, bu, futbol sevərlər üçün xüsusi qatar olub. Həmin vaxt azarkeşlər matçdan çıxıb evlərinə gedirmiş.

Babək Göyüş

AzNews.az