Conson “Brexit”lə bağlı qərar verdi - Aİ-yə imzasız məktub yolladı

20 Oktyabr 2019 02:59 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson “Brexit”in həyata keçirilməsini 2020-ci il yanvarın 31-i saat 23:00-a (02:00 Bakı vaxtı ilə) kimi uzatmağı xahiş edib.

RİA “Novosti” - nin məlumatına əsasən, bu barədə Avropa İttifaqının rəhbəri Donald Tuska məktubda deyilir.

Bildirilir ki, Aİ və Birləşmiş Krallıq çıxış haqqında sazişi ratifikasiya edə bildikləri təqdirdə, “Brexit” daha erkən həyata keçə bilər.

Məlumata əsasən, məktub parlamentin Baş nazirin qarşısında “Brexit”in vaxtının uzadılması xahişi ilə Aİ-yə müraciət etmək öhdəliyinin qoymağı sözləri ilə başlayır.

Bundan savayı, sənədin elektron fotosurətində Consonun şəxsi imzası yoxdur. (oxu.az)

AzNews.az