Bakıda qayın öz yeznəsini sinəsindən bıçaqlayıb

20 Oktyabr 2019 08:29 (UTC+04:00)

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.

Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb. (apa)

AzNews.az