İbadətgahlar sığınacaqdır, hədəf olmamalıdır - Pompeo

20 Oktyabr 2019 10:22 (UTC+04:00)

ABŞ Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi məsələsində qətiyyətini qoruyur.

Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.

Ölkənin Nanqarhar əyalətindəki məsciddə cümə namazı zamanı teraktın törədilməsindən danışan Pompeo bildirib:

"İbadətgahlar sığınacaqdır, terrorun hədəfi olmamalıdır. Bütün dünyadakı insanlar kimi, əfqan xalqı da təhlükəsiz yaşamaq və ibadət etmə hüququna malikdir". (axar.az)

AzNews.az