Filippində 5,2 maqnitudalı zəlzələ olub

20 Oktyabr 2019 15:31 (UTC+04:00)

Bu gün Filippinin Mindanao adasında 5,2 maqnitudalı zəlzələ olub.

Bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 08.55 radələrində baş verən zəlzələnin ocağı Sultan-Kudrat əyalətindən 7,7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. (APA)

AzNews.az