Makqreqor zorakılıqda ittiham olunur

20 Oktyabr 2019 16:19 (UTC+04:00)

Qarışıq döyüş növləri üzrə (MMA) irlandiyalı döyüşçü Konor Makqreqor 20 yaşlı qıza qarşı zorakılıqda ittiham olunur.

“Fox News”a istinadən verilən məlumata görə, insidentin Dublində barlardan birinin avtomobil dayanacağında baş verdiyi bildirilir.

Döyüşçünün təmsilçiləri ittihamları qəbul etməyib. Onlar idmançının tez-tez müxtəlif şayiə və qeybətlərin qurbanı olduğunu bildirib. (qafqazinfo)

AzNews.az