Azərbaycanlı Rusiyada sevgilisini yaralayıb, rəfiqəsini öldürüb

20 Oktyabr 2019 18:54 (UTC+04:00)

Azərbaycanlı gənc Sankt-Peterburqda rusiyalı sevgilisini yaralayıb, onunla bir mənzildə kirayə qalan qızı öldürüb.

“Moskovskiy komsomolets” qəzetinə istinadən verilən məlumata görə, bıçaqla yaralanmış qızlar şəhərin Marşal Novikov küçəsində kirayə qaldıqları mənzildə aşkarlanıblar.

Qızlardan biri ölüb, digər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qızlara oktyabrın 19-da hücum edilib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş qızın anası deyib ki, 34 yaşlı Azərbaycan vətəndaşı qızının sevgilisi olub, onlar bir neçə ay əvvəl ayrılıblar. Hələ sevgili olduqları zaman gənc qızı döysə də, sonra barışıblar və həmin hadisədən sonra bir müddət görüşüblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az