22 yaşlı gənc 3-cü mərtəbədən yıxıldı - Suraxanıda

21 Oktyabr 2019 09:33 (UTC+04:00)

Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

1997-ci il təvəllüldü Quliyev Məmmədəli 3-cü mərtəbədən yerə yıxılıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub.

AzNews.az