Boliviyada prezident seçkiləri: Morales liderlik edir - 2-ci tur olacaq

21 Oktyabr 2019 09:40 (UTC+04:00)

Boliviyada keçirilən prezident seçkilərində hazırki prezident Evo Morales 45,28 faiz səslə liderlik edir.

“TASS”-a istinadən xəbər verilir ki, bu barədə Respublika Ali Seçki Məhkəməsi açıqlama verib. Qeyd olunub ki, artıq səslərin 95% -i hesablanıb. Lakin Morales ilk turda qalib gəlmək üçün lazımi sayda səs toplamayıb.

Onun əsas rəqibi - keçmiş prezident Karlos Mesunu 38,16% seçici tərəfindən dəstəklənib. Üçüncü yeri 8.77 faiz səslə Xristian Demokrat Partiyasından namizəd Çi Yun Çunq tutur.

Boliviyanın mövcud qanunlarına görə, ilk turda qalib gəlmək üçün namizəd seçicilərin 50 faizdən çox səsini toplamalıdır. Digər halda isə seçicilərin 40 faiz səsini toplamaqla da qalib elan oluna bilər. Bir şərtlə ki, yaxın rəqibindən 10 faiz səslə üstün olsun.

Əgər namizədlərdən heç biri bu nəticəni əldə edə bilməsə, səsvermənin ikinci turu dekabrın 15-də keçiriləcək. (Report)

AzNews.az