Xalq artistinə ağır itki - "Vəsiyyət etdi ki..."

21 Oktyabr 2019 10:40 (UTC+04:00)

Xalq artisti Teymur Mustafayevə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, sənətçinin ömür-gün yoldaşı 78 yaşlı Təbərrik Mustafayeva dünyasını dəyişib.

Mərhum Cəlilabad rayonunun Alar kəndində dəfn edilib.

Sənətçinin yaxınları bildirib ki, Təbərrik Mustafayeva mərhum oğlu Bakıxan Mustafayevin ölümündən sonra xəstəlik tapdı:

“Oğlunun ölümünə dözə bilmədi. Ondan sonra heç üzü gülmədi. Ana üçün ağır dərd idi. Vəsiyyət etmişdi ki, oğlunun yanında dəfn olunsun. Elə də etdik”.

Bahar RÜSTƏMLİ

AzNews.az