Cazsevərlərə şad xəbər - 10 gün konsert olacaq

21 Oktyabr 2019 11:20 (UTC+04:00)

Bakıda növbəti Beynəlxalq Caz Festivalı öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, “Daha çox caz, daha çox intellekt” şüarı altında ilə ərsəyə gələn festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Festivalın konsertləri “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, filarmoniyanın Kamera və orqan musiqisi zalında keçiriləcək.

Caz festivalının gözəçarpan məqamlarından biri də gecə yarısı təşkil edilən “jam-session”dur.

Gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir.

Bahar RÜSTƏMLİ

AzNews.az