Türkiyədə 7 terrorçu öldürüldü

21 Oktyabr 2019 12:52 (UTC+04:00)

Türkiyənin 3 şəhərində aparılan əməliyyatlar zamanı biri qara siyahıda olmaqla 7 terrorist zərərsiz hala gətirilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Verilən açıqlamaya görə, Diyarbakır Polis İdarəsinin əməkdaşlarının Lice kəndində apardığı əməliyyatda biri boz siyahıda olan iki terrorçu öldürülüb.

Bu terroristlərin birinin 300 min lirə mükafatla boz siyahıda yer alan "Fedai Koçer" kod adlı Yusuf Dəmir olduğu məlum olub.

Bundan əlavə, Mardinin Derik ərazisində keçirilən əməliyyatda 3, Bitlis kəndində isə 2 terrorist məhv edilib.

Bölgədə araşdırmalar davam edir.

Səidə Vahid

AzNews.az