Rustavi-2-nin səhmlərinə həbs qoyuldu

21 Oktyabr 2019 14:47 (UTC+04:00)

Tiflis Şəhər Məhkəməsi Rustavi-2-nin səhmlərinin 60%-nə həbs qoyub.

Bu məlumatı kanalın keçmiş sahibləri David Dvali və Carci Akimidzeninin vəkili Kaxa Kocoridze jurnalistlərə açıqlamasında deyib.

Həbsə səbəb kanalın keçmiş sahiblərinin Rustavi-2-nin səhmlərinin 60%-nin onlara qaytarılmasını tələb etmələri olub.

Məhkəmənin bu qərarı kanalın yeni rəhbəri Kibar Xalvaşinin bu səhmləri satmaq təhlükəsiylə əlaqədar atdığı vurğulanıb. (Axar.az)

AzNews.az