Ədəbiyyat Muzeyində işləmək istəyənlərin nəzərinə - vakant yerlər var

21 Oktyabr 2019 15:57 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan bildirilib ki, muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsində elmi işçi və S.Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzində kiçik elmi işçi vəzifələri vakant yerlərdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bu gündən etibarən bir ay müddətinə elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Telefon: (+994 12) 492 38 27

AzNews.az