Ucarda 11 yaşlı qızı maşın vurdu

21 Oktyabr 2019 16:08 (UTC+04:00)

Ucarda piyadanı maşın vurub.

Hadisə bu gün gündüz saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Rövşən Məhəmməd oğlu Kərimov idarə 61 BH 206 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə yolu keçən piyada, rayon sakini, 2008-ci il təvəllüdlü Gülüstan Rasim qızı Məmmədovanı vurub.

G.Məmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.

İlkin yardım göstərildikdən sonra G.Məmmədova Göyçay rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az