Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı

21 Oktyabr 2019 17:02 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cərrahi əməliyyatdan sonra istintaq təcridxanasına qaytarılıb.

Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

"Robert Koçaryan 21 oktyabrda “Kentron” cəzaçəkmə müəssisəsinə qayıdıb. Vəziyyəti normaldır", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunmuşdu. Onun xəstəliyi barədə açıqlama verilməsə də, əməliyyatın uğurlu keçdiyi bildirilmişdi.

AzNews.az