Sanksiyalara baxmayaraq Çin ABŞ-ı üstələdi – Rəqəmlər açıqlandı

21 Oktyabr 2019 17:01 (UTC+04:00)

Çin ilk dəfə olaraq ən zəngin insanların sayına görə ABŞ-ı ötüb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə İsveçrənin “Credit Suisse” bankının hazırladığı “Global Wealth Report” hesabatında deyilir.

Tədqiqata əsasən, dünyanın ən zəngin insanlarının top-10%-ə 2019-cu ilin ortasında Çindən 100 mln insan daxil edilib. ABŞ-da, mütəxəssislərin fikrincə, bu kateqoriyaya 99 mln insan aid edilir.

“ABŞ və Çin arasında ticari fikir ayrılıqlarına baxmayaraq, son 12 ay ərzində hər iki ölkə sərvətini müvafiq olaraq 3,8 trln və 1,9 trln dollar artıra bilib”, - deyə İsveçrə bankının hesabatında deyilir.

Bununla yanaşı, “Credit Suisse” qeyd edir ki, ümumi miyonerlərin sayına görə isə ABŞ Çini üstələyir. Belə ki, Amerikada 18,6 mln, Çində isə 4,4 mln nəfər milyoner yaşayır.

Bankın hesablamalarına əsasən, bütün dünya üzrə ötən illə müqayisədə 2019-cu il ərzində milyonerlərin sayı 1 milyon nəfər (45,6 mln nəfərdən 46,8 mln nəfərədək) artıb.

AzNews.az