İranda 5,7 bal gücündə zəlzələ oldu

21 Oktyabr 2019 17:31 (UTC+04:00)

İranda 5,7 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Lenqe rayonunda qeydə alınıb. Bundan başqa yeraltı təkanların Birləşmiş Ərəb Əmirliklərində də hiss edildiyi deyilir.

Dağıntılar və itkilər barədə hələlik məlumat verilməyib. (Report)

AzNews.az