Əminə Bulutun qatil ərinə ömürlük həbs cəzası verildi

21 Oktyabr 2019 21:35 (UTC+04:00)

Türkiyədə keçmiş həyat yoldaşı Əminə Bulutu 10 yaşlı qızının gözü önündə bıçaqlayaraq öldürən Fədai Varana ömürlük həbs cəzası verilib.

Türkiyə KİV-i xəbər verir ki, ikinci dəfə hakim qarşısına çıxan Fədaiyə heç bir güzəşt edilməyib. Əminə Bulutun həbsxanada olan qardaşları Bəkir və Mikayıl Bulut prosesə video-görüntü ilə, valideynləri isə bilavasitə məhkəmə zalında qatılıblar.

Qatilin qızı məhkəməyə gətirilməyib. F.B.V-nın ana babası və nənəsi onun qəyyumluğunu almaq üçün yenidən məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, avqustun 18-də Əminə Bulud kafelərin birində keçmiş əri Fədai Varan tərəfindən qızının gözləri önündə boğazından bıçaqlanmışdı. “Ölmək istəmirəm” sözləri ilə yadda qalan qadın xəstəxanada dünyasını dəyişmişdi. Onun ölümündən sonra kütləvi aksiyalar başlamış, qadına qarşı zorakılıq əleyhinə etirazlar edilmişdi.(qafqazinfo.az)

AzNews.az