Zelenski keçmiş ”KVN”çiyə vəzifə verdi

21 Oktyabr 2019 22:00 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski keçmiş "KVN"-çi və “Kvartlar 95”in prodüseri Sergey Sivoxonu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donbassın bərpası və reinteqrasiyası məsələləri üzrə müşaviri vəzifəsinə təyin edib.

Sivoxo bu barədə “Facebook” səhifəsində yazaraq prezidentə təşəkkürünü bildirib:

“Bu, mənim üçün böyük məsuliyyətdir. Qarşıda çoxlu mürəkkəb və vacib işlər var. Dəstəyinizə çox inanıram. Sizi pis vəziyyətdə qoymayacağam”.

Sivoxo vəzifəsinə növbəti həftədən başlayaq.(qafqazinfo.az)

AzNews.az